Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Hakim 9 futbolçunu meydandan qovdu

Braziliyanın Baiya ştatının futbol çempionatında "Viktoriya" və "Baiya" klubları arasında keçirilən matç komandaların 9 futbolçusunun meydandan sovulması səbəbindən sona qədər oynanılmayıb.

Sonxeber.az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Komandalar arasında görüş bazar günü keçirilib. Birinci hissədən sonra "Viktoriya" 1:0 hesabı ilə öndə olub. Fasilədən sonra "Baiya" hesabı bərabərləşdirib. Ardınca meydanda dava düşüb. Nəticədə hakim "Baiya"nın 3, "Viktoriya"nın 2 futbolçusunu meydandan qovub. Daha sonra isə fit sahibi hər klubdan daha iki futbolçunu cəzalandırmaq qərarına gəlib.

İkinci hissənin sonunda "Viktoriya"nın daha 2 futbolçusu meydandan qovulub və bu komandanın tərkibində cəmi 6 futbolçu qalıb. Qaydalara görə, bir komadanın heyətində 7-dən az futbolçu qalarsa, matç davam etdirilə bilməz.

Braziliyanın Baiya ştatının futbol çempionatında "Viktoriya" və "Baiya" klubları arasında keçirilən matç komandaların
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR