Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Gül kimi ətirli, çiçək kimi təravətli

    Ana təbiət saysız-hesabsız gözəlliklər bəxş edib. Onların içərisində güllərin yeri ayrıdır. Həyatımıza təravət, ömrümüzə gözəllik gətirən rəngbərəng güllər...

    Güllər həmişə bizi müşayiət edib və çox vaxt hisslərimizi – sevinci, kədəri, sevgini, hörməti və minnətdarlığı onun vasitəsilə ifadə etmişik. Onlar yalnız gözoxşayan gözəllik deyil, həm də hiss və duyğuları çatdıran simvollardır.

    Bir qədər yaşlı insanların yaddaşında yaşayan misralar yada düşür:

     

    Mən dünən anama gül bağışladım,

    Dedim ki: “Bayramın mübarək, ana!”

    Öpüb üz-gözündən hey alqışladım,

    Dedim: “Ömrün açsın min çiçək, ana!”

    Analar üçün gül-çiçəklərdən gözəl hədiyyə varmı? Nəinki analar, nənələr, bacılar, qızlar, elə sevgililər üçün də... Qoy lap başqa hədiyyə də olsun, amma yenə yanında bir dəstə gül olmağı ona daha da gözəllik gətirər...

    Xanımlar həyatın yaraşığı, ömrün mənasıdır. Bircə gün evdə olmayanda, bir neçə saat onlarsız keçinəndə dünya-aləm bir-birinə dəyir - üst-üstə yığılan bulaşıq qab-qacaqlar, qalaqlanmış yorğan-döşək, işığı azalan ev-eşik... O olmayanda süfrənin də dadı-duzu çəkilir..

    Yenə şair ürəyindən qopan və duyğusal kişilərin ürəyincə olan misralar:

    Evə qayıdanda hər axşam çağı

    Elə ki, görürəm çırağım yanır.

    Bilirəm evdədir evin çırağı

    Qəlbim də, ruhum da nura boyanır.


    İşıq gəlməyəndə pəncərələrdən

    Qəlbimdə parlayan işıq da sönür.

    Evə yaxınlaşmaq istəmirəm mən

    Qəlbim də, ruhum da zülmətə dönür.

    Bayram günləri, xoş hadisələr zamanı gül mağazaları ən çox üz tutulan ünvanlar olur. Güllər həm də hiss və duyğuların ifadəçisidir. Ömrümüzə gözəllik, həyatımıza təravət gətirən gül kimi ətirli, çiçək kimi təravətli xanımlara onu niyə bağışlamayasan?

    Gördüm ki, bir çiçək bəs etməyəcək,

    Səni təbrik üçün baharı dərdim...

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə
    SON XƏBƏRLƏR