Formula 1 Azərbaycan Qran-Prisinin start götürməsinə saatlar qalır
25-04-2019 | 15:40
Dünyanın ən sürətli pilotlarını bir araya gətirən Azərbaycan Qran Prisi turistlərin cəlb edilməsi və ölkəyə valyuta daxil olması baxımından da əhəmiyyətlidir. Təkcə ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Həftəsonu baş tutacaq yarışı izləmək üçün artıq xarici turistlər ölkəmizə gəlməyə başlayıblar. Bakıdakı otellərin 95 faizi isə əvvəlcədən sifariş olunub.
Formula 1 Azərbaycan Qran-Prisinin başlamasına saatlar qalır. Qlobal brendin paytaxtda təşkil edilməsi ölkəyə turist axınına müsbət təsir göstərir. PWC beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Oyunları izləmək üçün ölkəyə gələn turistlərin yerləşdirilməsində otellərin lazımı səviyyədə fəaliyyət göstərməsi də vacibdir.
Formula 1-in paytaxtda keçirilməsi də yeni iş yerlərinin açılması baxımından da əhəmiyət kəsb edir. Təkcə Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür. Bununla yanaşı yerli və xaricdən gələn könüllülər də bu yarışlara qoşularaq fəaliyyət göstərirlər. Ötən illər ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötüb.
Beləliklə, Formula 1 Azərbaycanın dünyada təbliği, insanların işlə təmin olunması, gənclərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, ölkəyə turist axınının güclənməsi, ən əsası isə, ölkənin iqtisadi dividentlər əldə etməsi baxımından olduqca faydalıdır