Finlandiya və İsveç NATO-ya dərhal üzv ola bilərlər - Rasmussen
Finlandiya və İsveç ərizə təqdim edildikdən bir gün sonra NATO-ya üzv ola biləcəklər.
Bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
O qeyd edib ki, Ukraynada vəziyyətin gərginləşməsi halında bu ölkələrdə alyansa üzvlüklə bağlı müzakirələr başlaya bilər:
"Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə, bütün lazımi kriteriyalara cavab verdikləri üçün dərhal qərar verə bilərik".
Onun sözlərinə görə, NATO-nun Avropadakı nümayəndələri ilə danışıqlar zamanı Rusiya blokun genişlənməsinə veto qoymağı tələb edib.
Qeyd edək ki, İsveç baş naziri dəfələrlə NATO-ya üzv olmaq niyyətində olmadıqlarını bildirsə də, NATO rəsmiləri onların adını çəkməkdə davam edirlər.