Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ermənistanda Şimal-cənub magistralında tikinti işləri yenidən dayandırılıb

     

  

Ermənistanda 20 ilə yaxındır inşa edilən Şimal-cənub magistralında tikinti işləri yenidən dayandırılıb. Yolun tikintisində çalışan fəhlələr 3 gündür ki, tətilə başlayıblar. Etirazçılar tikinti işlərinə cavabdeh olan şirkətdən əmək haqlarının qaldırılmasını və iş saatının azaldılmasını tələb edirlər. Fəhlələlər bundan əvvəl də eyni tələblə yolu bağlayıblar. Şirak əyalətinin  qubernatoru onların tələblərinin yerinə yetiriləcəyi ilə bağlı vəd versə də nəticə olmayıb. Aksiya iştirakçılarının sözlərinə görə, onlar həftənin bütün günləri səhər saat 8-dən axşam saat 22-ə kimi çalışırlar. Buna sadəcə məcburdurlar. Çünki, yaşadıqları əyalətdə iş yerləri olduqca azdır. Fəhlələrdən biri deyir ki, onlarla əmək müqaviləsi bağlamayıblar. Hətta işçilərin nəqliyyat problemi də həll olunmur. “Biz qul kimi işləyirik, onlar isə varlanırlar. Təhlükəsizliyimiz belə təmin edilmir. Xəsarət alanlarımız olsa da heç kim şikayətlərimizə baxmır” deyə etirazçılar bildirirlər. Fəhlələr tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini deyiblər. Texut şaxtasının fəaliyyətini dayadırıması nəticəsində isə 800 nəfər işsiz qalıb. Baş nazirin müavini Tiqran Avinyanın sözlərinə görə, dağ mədən şirkəti 7 ay əvvəl satışa çıxarılıb. Lakin nə yerli, nə də xarici şirkətlər şaxtanın fəaliyyətinin bərpasında maraqlı deyillər. Sərmayədarlar Ermənistanda hər hansı sahəyə yatırım etməkdən çəkinirlər. Onlar bunu riskli hesab edirlər. Şirkətlərdən biri bankdan kredit götürüb işi davam etdirməyə çalışsa da buna nail ola bilməyib. Üstəlik ekoloqlar da dağ mədən şirkətinin fəaliyyətinin əleyhinədirlər. Onlar bunu ətraf aləmə vurulan zərərlə əlaqələndirirlər. 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə