Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Erməni mediası yayır: Bakıya qarşı yeni “savaş”… - Ukrayna MN

Rusiya Ukraynanın Azərbaycan və Ermənistanla münasibətlərini korlamaq üçün əlindən gələni edir. Bu məqsədlə o, daha bir genişmiqyaslı məlumat əməliyyatına başlayıb.

, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Ukrayna Baş Kəşfiyyat İdarəsi bildirib ki, Ermənistanın informasiya məkanında Azərbaycanla Ermənistan arasında hərbi münaqişə yaratmaq üçün Ukrayna hərbi kəşfiyyatının işə başladığı haqda “fəal şəkildə feyk” yayılır:

“Dezinformasiya yayanlar bunu yeni Azərbaycan-Ermənistan müharibəsinin Rusiyanı “ikinci cəbhə” açmağa məcbur edəcəyi, bununla da onun hərbi qüvvələrinin dağılacağını və prosesin Ukraynanın xeyrinə olacağı ilə “əsaslandırırlar”.

Məlumatda vurğulanıb ki, bu dezinformasiya Ukrayna müdafiə nazirinin müavini İvan Qavrilyukun adına olan saxta hesabdan tirajlanır.

“İşğalçı dövlət olan Rusiyanın əsas məqsədi Ukraynanı gözdən salmaq, Ukrayna-Ermənistan və Ukrayna-Azərbaycan münasibətlərini daha da pisləşdirməkdir. Bu, ilk növbədə işğalçı dövlət olan Rusiya üçün faydalıdır”, - xəbərdarlıqda qeyd edilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə