Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı

Bakı Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xeberinmerkezi.az Virtualaz.org-a istinadən xəbəri verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən Vüqar Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, istintaq dövründə cəza müddətini başa vurduğuna görə məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdə həmçinin qeyd edilib ki, V. Mahmudova məxsus əmlaklar müsadirə olunub.

Qeyd edək ki, MTN-nin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirdi.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. Digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, həm də nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudova prokuror 4 il həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı noyabrın 28-də Bakı Hərbi Məhkəməsində bu təkliflə çıxış edib.

Prokurorun çıxışından öncə məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidməti sabiq nazirin əmisi oğlu və köməkçisinə qarşı mülki iddiasını geri götürüb. Vaxtilə MTN-in büdcəsindən agentura şəbəkəsi, əməliyyatlar adıyla ayrılan vəsaitlərin mənimsənilməsiylə əlaqədar DTX cinayət məsuliyyətinə cəlb olunan sabiq MTN-çilərə, o cümlədən V.Mahmudova qarşı da mülki iddia qaldırmışdı. 

Bu məsələ ilə əlaqədar sabiq nazirin qohumuna başqa əməllərlə yanaşı, CM-in 179-cu maddəsiylə - mütəşəkkil dəstə tərəfindən mənimsəmə ittihamı da verilib. İndi isə məhkəməyə ərizə təqdim olunub ki, V.Mahmudova qarşı heç bir şikayət-tələb yoxdur.

Ardınca prokuror çıxış edib və V.Mahmudova 4 il həbs cəzası kəsilməsini, vaxtilə onlardan MTN-də pul alındığını iddia edən zərərçəkmişlərin ona qarşı qaldırdıqları mülki iddiaların isə baxılmamış saxlanmasını istəyib. Məhkəmədə iştirak edən üç nəfər zərərçəkmiş buna etiraz ediblər. Bildiriblər ki, heç bir cinayət törətmədikləri halda, vaxtilə MTN-də hədə-qorxu ilə onlardan alınmış pullarının qaytarılmasını tələb edirlər.

V.Mahmudovun vəkili qısa danışıb. Deyib ki, müvəkkilinə qarşı ittihamlar sübuta yetirilməyib, ona bəraət verilməlidir. V.Mahmudov özü isə son sözünü deməkdən imtina edib: «Danışmağa çox sözüm var. Amma mənə deyiblər, «danışma», mən də danışmıram».

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə