Donbasda partlayış: 3 Ukrayna hərbçisi həlak oldu
Donbasın Novoluqansk yaşayış məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində Ukrayna ordusunun 3 hərbçisi həlak olub.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “Şimal” operativ-taktiki qruplaşmasının mətbuat xidməti məlumat yayıb.
“Bu gün, fevralın 14-də Novoluqansk yaşayış məntəqəsi yaxınlığında mövqelərin yerdəyişməsi zamanı naməlum partlayış nəticəsində Ukrayna ordusunun 3 hərbçisi həlak olub. Faktla bağlı araşdırma aparılır”, - məlumatda qeyd olunub.