Çində koronavirusdan ölənlərin xatirəsi anıldı - FOTO
Çində koronavirusdan ölənlərin xatirəsi üç dəqiqəlik sükutla anılıb.
Əsas mərasim prezident iqamətgahında keçirilib. Yerli vaxtla saat 10:00-da matəm fiti səslənib və ölkənin bütün sakinləri təzim vəziyyətində sükut içərisində durub.
Qeyd edək ki, hazırda Çində koronavirusa yoluxanların 94 faizi tam sağalıb. Epidemiya 3326 nəfərin həyatına son qoyub.