Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bunun Bakıda keçirilməsini alqışlayıram - Paşinyan

2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan X hesabında yazıb.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi üçün bir-birinin namizədliklərini dəstəkləyiblər.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin Sammiti 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə