Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bukmekerlər Ferqyusonun Nurməhəmmədova qarşı şanslarını qiymətləndirdi


Bukmekerlər 2020-ci il aprelin 18-də Nyu-Yorkda keçiriləcək Toni Ferqyuson – Həbib Nurməhəmmədov döyüşündə tərəflərin şanslarını qiymətləndirib.

“Olimp.bet” xəbər verir ki, qarşılaşmanın favoriti rusiyalı döyüşçü hesab olunur.

Nurməhəmmədovun qələbə ehtimalı 66% (1,44 əmsalı), Ferqyusonun isə 32% qiymətləndirilib (2,90 əmsalı). Heç-heçə ehtimalı cəmi 2 faizdir (50.00 əmsalı).

Həbibin əvvəlki döyüşlərində də bukmekerlər onun üstünlüyünü qeyd edib.   

Nurməhəmmədov UFC-nin yüngül çəkidə hazırki çempionudur. Onun hesabında 28 döyüşdə 28 qələbə var. Ferqyuson da 28 döyüş keçirib, lakin yalnız 25-də qalib çıxıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə