Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bugünkü mitinqlə bağlı rəsmi açıqlama

Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin  məlumatında bildirilir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə