Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
"Belə açıqlamadan sonra Sofiya Rotarunu Rusiyada gözləməyə dəyməz..."
"Ukrayna mənim bütün həyatımın sevgisidir..."
 
"Öz doğulduğun torpağa mənsubluq hissini itirməmək, sənə həyat verən, səni tərbiyələndirən və yenicə başladığın işlərdə sənə dəstək verənlərlə əlaqəni hiss etmək necə də vacibdir..."
 
"İki həftədən sonra Ukraynanın Müstəqillik Gününü bayram etməyimizə görə dualar edirəm..."
 
Sofiya Rotaru son yarım ildə ilk dəfə olaraq öz mövqeyini açıqlayıb, bu, rusiyalıların xoşuna gəlməyib...
 
SSRİ xalq artisti, ukraynalı müğənni Sofiya Rotaru fevral ayından bəri özünün 75 illik yubileyi günündə post yazıb. 
 
Rotaru Ukraynanın qərbində Çernovitsk vilayətinin Marşintsı kəndində çəkdirdiyi fotosunu da paylaşıb.
 
O, özünün "İnstagram" səhifəsində paylaşım edib.
 
"Güc yerinə gəlmişəm! Mən burada doğulmuşam, məktəbə getmişəm. Mən burada oxumağa başlamışam. Doğma Marşintsı kəndi mənə xatırladıb ki, öz doğulduğun torpağa mənsubluq hissini itirməmək, sənə həyat verən, səni tərbiyələndirən və yenicə başladığın işlərdə sənə dəstək verənlərlə əlaqəni hiss etmək necə də vacibdir", - məşhur vokalçı qadın yazıb.
 
Şəkildə Rotaru evinin astanasında sarı donda əyləşib. Ulduz müğənninin əllərində tutduğu dəsmalın kənarları Ukrayna bayrağının rənglərinə boyanıb.
 
Rotaru qeyd edib ki, bu postu təkcə yubileyi ilə bağlı deyil, həm də Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyat yoldaşları və uşaqlarına yardım edən "BON boks" xeyriyyə layihəsinə dəstək olmaq üçün dərc edib.
 
"Mənim üçün bir qədər qeyri-adi roldur, mən ictimaiyyətə kömək etməyə alışmamışam, bundan da ağır olan yardım üçün xahiş etməmişəm. Lakin mən sizə bu gün vəziyyəti ağır olanlara, həqiqətən bizim yardımımıza ehtiyacı olanlara dəstək vermək xahişi ilə müraciət edirəm. Gəlin, birlikdə xeyirxah iş görək. Bu gün yubiley keçirmək zamanı deyil, bu gün mən mənim doğum günümdən bir-iki həftə sonra Ukraynanın Müstəqillik Gününü bayram etməyimizə görə dualar edirəm", - artist qadın belə yazıb. 
 
Rotarunun bundan əvvəki postu 28 fevralda, Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin dördüncü günü dərc edilib.
 
Ukrayna bayrağının fotosunu dərc edərək, artist xanım məlumat verib ki, Kiyevdədir və qonşu ölkənin törətdiyi müharibədən şok keçirib.
 
"Bu mətni yazıram, mənin əllərim əsir. Ona görə əsir ki, bütün Ukrayna boyunca şiddətli döyüşlər gedir...Hamımıza güc və sülh arzulayıram!" -müğənni belə yazıb və özünün məşhur vətənpərvər mahnısının sözlərini nümunə gətirib- "Ukrayna mənim bütün həyatımın sevgisidir".
 
Sofiya Rotaru təkcə Ukraynada deyil, bütün postsovet məkanında, o cümlədən Rusiyada populyardır.
 
"Hər şeydən göründüyü kimi, belə açıqlamadan sonra Rotarunu Rusiyada gözləməyə dəyməz. Fəqət, hələ bu yaxınlaradək Sofiya Mixaylovanın həmkarları düşünürdülər ki, o, mütləq Rusiya Federasiyasına öz tamaşaçılarına dönəcək", - Rusiya KİV-ləri müğənninin postuna belə münasibət bildirib.
 
"Sankt-Peterburqda "Zenit" stadionunda "Bi-2" komandasının çıxış etməyə cəhd etdiyi zaman baş verənlərdən sonra isə o, daha yüksək dərəcədə susacaq və Rusiyaya münasibətdə heç nə ifadə etməyəcək. Onları bizim uşaqlar necə də fitə basırdılar...Rotaru heç vaxt ona getməz ki, Allah eləməsin, Rusiyada onun konsertində kimsə "Rədd ol!" qışqıra bilsin, - bu fikri prodüser Leonid Dzyunik ifadə edib.
 
Bundan öncə rusiyalı aktrisa, məşhur rejissor Vasili Şukşinin qızı Mariya Şukşina rusiyalılara Sofiya Rotarunun və Vera Serdyuçkanın mahnılarını dinləyənlər barədə FTX-ya donos yazmağa çağırış edib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə