Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

    Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və qarşılıqlı sərmayə əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensial var.

    Bunu Bolqarıstanın Baş nazirinin müavini Aleksandr Pulev Sofiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda deyib.

    Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edən Aleksandr Pulev Azərbaycanın Bolqarıstanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulayıb.

    Baş nazirin müavini ölkəsinin enerji mənbələrinin şaxələndirilməsinə və regional enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini yüksək qiymətləndirib, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizinin və Avropa ilə Asiyanı birləşdirən rəqəmsal bağlantı təşəbbüslərinin strateji əhəmiyyətini xüsusi olaraq qeyd edib.

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə
    SON XƏBƏRLƏR