Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut


Baş direktor: "SOCAR Polymer" 200 mln. manata qənaət edib"



“SOCAR Polymer" MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşməsi müəssisəyə 200 mln. manatdan çox qənaət etməyə imkan yaradıb.

 

“APA-Economics”in məlumatına görə, bunu “SOCAR-Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bu gün Bakıda "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda keçirilən tədbirdə bildirib.

 

Onun sözlərinə görə, zavodlardan istehsal olunacaq xammaldan yerli müəssisələr son məhsul kimi istehsal edə bilərlər. Yerli bazarın prioritet təşkil etdiyini deyən F.Cəgərov  şirkətlərə texniki dəstək göstərməyə və uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmağa hazır olduqlarını qeyd edib.

 

O bildirib ki, polimer qranullarının son məhsula çevrilməsi həm də əlavə iş yerlərinin açılması deməkdir: "1000 ton polimer üçün 1000 ton neftin hasil olunaraq polimer  qranulları halına çevrilməsi üçün 10-12 nəfər çalışırsa, 1000 ton qranuldan son məhsul istehsalı üçün 45-50 nəfər işlə təmin olunur".

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə