Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

AZƏRTAC-ın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib 

Martın 1-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 106 illiyi münasibətilə Agentliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin də məzarları üzərinə gül dəstələri qoyulub.

Daha sonra Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb.

Ulu Öndər Heydər Əliyevin Agentliyin binasındakı büstü önünə gül dəstələri düzülüb, xatirəsinə ehtiram ifadə olunub.

Qeyd edək ki, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi mürəkkəb, çətin və şərəfli yol keçib. Həmin il martın 2-də “Azərbaycan” qəzetində AzərTac imzası ilə ilk xəbərlər dərc olunub. Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bilib.

Keçmiş SSRİ dövründə isə AZƏRTAC müxtəlif adlar altında fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Agentliyin tarixi adı özünə qaytarılıb - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.

Agentliyin kollektivi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə yanaşı, dünya informasiya məkanında öz yerini möhkəmləndirmək üçün əzmlə çalışmaqdadır.

Agentlik hazırda səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, həmçinin regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR