Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycanlı müğənni İranda həbs edildi 



İran hüquq-mühafizə orqanları Təbrizdən olan iki şəxsi - Milad Cəlili və Salar Taherəfşarı həbs edib.

Xeberinmerkezi.az Globalinfo.az-a istinadla xəbər verir ki, onlar Təbriz həbsxanasına yerləşdiriliblər. Milad Cəlilinin repçi-müğənni, Taherəfşarın isə aktivist olduğu bildirilib.

Həbs edilən azərbaycanlıların valideynləri İrandakı Azərbaycanlı Siyasi Məhbuslar Assosiasiyasına bildiriblər ki, Taherəfşar 6 ay həbsə məhkum edilib.

“Azadlıq” radiosunun fars xidməti M.Cəlilinin İnstaqram hesabında noyabrda həbs edilən 13 azərbaycanlı aktivistə mahnı həsr edib paylaşdığı üçün tutulduğunu yazıb. Onu 8 ay həbs gözlədiyi deyilir. Onların hər ikisi rejimə qarşı təbliğatda ittiham edilirlər.

Qeyd edək ki, Milad Cəlili “İlşan” ləqəbi ilə məşhurdur.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR