Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Azərbaycanlı iş adamı Rəhman Xəlilovun bu gün doğum günüdür

13 sentyabr — tanınmış iş adamı və biznesmen Rəhman Xəlilovun doğum günüdür. Bu münasibətlə müxtəlif sahələrdən insanlar tərəfindən ona təbriklər ünvanlanır. Onu xüsusi təbrik edənlər arasında əməkdar mədəniyyət işçisi, rəssam Elçin Orucov da var. 

Elçin Orucov Rəhman Xəlilovu doğum günü münasibətilə səmimi şəkildə təbrik edərək, yeni yaşında ona uğurlar arzulayıb. Təbrikdə Rəhman Xəlilovun iş həyatında sərgilədiyi peşəkarlıq, çevik qərarvermə qabiliyyəti və fərdi keyfiyyətləri qeyd olunub. 

Elçin Orucov təbrikində bildirib: 
"Əziz və dəyərli dostum Rəhman, doğum gününüz münasibətilə sizi təbrik edirəm. Peşəkar yanaşmanız, məsuliyyətli və prinsipial duruşunuz sizi iş dünyasında fərqləndirən əsas cəhətlərdəndir. Sizə sağlamlıq, güc və daha böyük nailiyyətlər arzulayıram. Ümid edirəm ki, gələcək planlarınızı uğurla həyata keçirəcək və öz sahənizdə yenə də dəyərli işlərə imza atacaqsınız." 

Rəhman Xəlilov uzun illərdir ki, biznes sahəsində fəaliyyət göstərir və uğurlu layihələri ilə tanınır. Onun əmək fəaliyyəti və şəxsi keyfiyyətləri onu həmkarları və yaxın ətrafı tərəfindən yüksək qiymətləndirilir. 

Əməkdar mədəniyyət işçisi,
rəssam Elçin Orucov

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR