Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

    Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

    AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 10,15 dollar və ya 10,6 faiz artaraq 105,58 dollar olub.

    Qeyd edək ki, buna qədər Azərbaycan neftinin qiyməti 2008, 2011-2013, 2022, 2023-cü illərdə 100 dollardan yuxarı olub. Bu il martın 10-da isə 103 dollara satılan "Azeri Light"ın ən ucuz ticarət olunduğu dövr isə COVID-19 dövrünə təsadüf edir. Belə ki, həmin dövrdə Azərbaycan neftinin bir barelinin qiyməti 15,8 dollara satılıb.

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə
    SON XƏBƏRLƏR