Almaniyadan korona ilə bağlı şad xəbər
Almaniyada koronavirusdan sağalanların sayı xəstələrin sayını ötüb.
Bu barədə Berlindəki Robert Kox adına Virusologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, Almaniyada indiyə qədər 120479 nəfər koronavirusa yoluxub. Onların 60200-ü artıq sağalıb. 2673 nəfər isə bu virusdan ölüb. Hazırda ölkədə 57606 nəfər aktiv koronavirus xəstəsi var.