Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Ağdaşda 1 tona yaxın narkotik məhv edilib 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 20-də “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq əməliyyat tədbiri keçirilib. Belə ki, rayonun Cüvə kənd sakininə məxsus torpaq sahəsinə baxış keçirilərkən orada yabanı halda bitmiş ümumi çəkisi 1 tona yaxın 3200 ədəd çətənə kolları aşkar olunub və kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR