ABŞ Prezidenti: İran ya razılığa gələcək, ya da məhv olacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Vaşinqtonla razılığa gəlməlidir, əks halda ciddi nəticələrlə üzləşəcək.
Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Bu, sadəcə zaman məsələsidir. İstəsəydik, əməliyyatlar bir neçə həftə də davam edə bilərdi və hər şey bitərdi”, — deyə Ağ Ev rəhbəri bildirib.
Onun sözlərinə görə, bir sıra liderlərin xahişi ilə proses dayandırılıb.
“İran ya razılığa gələcək, ya da məhv olacaq”, — deyə Tramp əlavə edib.