Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ABŞ-da ikinci koronavirus dalğası proqnozlaşdırılır

ABŞ-da koronavirusa yoluxma hallarının sayı yaxın günlərdə azalacaq, amma pik həddə yalnız yanvar ayında çatacaq ikinci dalğa başlaya bilər.

“Business İnsider” nəşrinin məlumatına görə, bu barədə ABŞ-ın “Morgan Stanley” bankının analitikləri proqnoz veriblər.

Hesab edilir ki, ölkədə koronavirusa yoluxanların sayı 1,4 milyon nəfərə çatacaq. Peyvənd tapılana qədər pandemiya bitməyəcək. Qeyd olunduğuna görə, koronavirusun peyvəndi 2021-ci ilin yaz aylarından əvvəl tapıla bilməz.

Analitiklərin əvvəlki proqnozları daha nikbin idi - bir ay əvvəl ABŞ-da yalnız 200 min yoluxma hadisəsi proqnozlaşdırılırdı.

Son məlumatlara əsasən, ABŞ-da 587 173 nəfər koronavirusa yoluxub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə