Musa Yaqubun oğlu:“ Müalicəsi yoxdur, ölənə qədər....”
"Atamın durumu o qədər də yaxşı deyil”.
Bu sözləri "Sherg.az”a açıqlamasında tanınmış şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib.
O qeyd edib ki, şairin vəziyyəti hərdən normal olsa da, çox vaxt özünü narahat hiss edir:
"Elə indi də yaxşı deyil, ona görə də telefona mən cavab verdim. Hələ ki, müalicələri davam edir.
Müalicə üçün hər hansı bir xarici ölkəyə getməsini düşünmürük. Çünki, parkinson elə bir xəstəlikdir ki, yavaş-yavaş insan bədənindəki hüceyrələri öldürür. Bu xəsətliyin müalicəsi yoxdur, ölənə qədər insanla bir yerdə olur”.
Qeyd edək ki, 82 yaşlı şair uzun müddətdir, parkinson xəstəliyindən əziyyət çəkir