Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan neftinin qiyməti 80 dolları ötdü

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Virtualaz.org-un məlumatına görə, bu gün “Brent” markalı Şimal dəniz neft qatışığının noyabr fyuçerslərinin qiyməti bir barel üçün 79,39 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin oktyabr fyuçerslərinin qiyməti isə bir barel üçün 69,85 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF” markalı xam nefti də bahalaşıb. Belə ki, bu gün səhər saatlarına 1 barel neftin qiyməti 1,3 dollar (1,65%) yüksəlib və nəticədə 80,29 dollar təşkil edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə