28 yaşlı gəncin meyitini xəstəxananın həyətinə qoyub qaçdılar
Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının həyətində meyit tapılıb.
Xeberinmerkezi.az Oxu.Az-a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Teymurov Tural Sakir oğlunun meyiti öz avtomobilində aşkarlanıb. Verilən məlumata görə, onun meyitini avtomobili ilə birlikdə iki yoldaşı gətirib, xəstəxananın həyətində qoyub qaçıblar.
Gəncin narkotik maddənin yüksək dozada istifadə edilməsi səbəbi ilə öldüyü ehtimal olunur.