Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

2025-ci il Azərbaycanın siyasi həyatında hansı mühüm hadisələrlə yadda qaldı? 

Cari il Azərbaycan üçün mühüm siyasi hadisələrlə yadda qaldı. Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar yekunlaşdı. Uzunmüddətli fasilədən sonra iyul ayında Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə görüş keçirildi. Bu görüş Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, normallaşma prosesi üçün ciddi təkan oldu. Avqust ayında isə bütün dünya Vaşinqtonda tarixi hadisəyə şahidlik etdi. Azərbaycanın təşəbbüsü ilə başlayan və irəlilədilən sülh danışıqları öz məntiqi nəticəsini verdi. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflandı.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR